Şalva Papuaşvili: Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək

Gürcüstan öz ərazi bütövlüyünü sülh yolu ilə bərpa edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukraynanın qələbəsinin Qafqaz ölkələrinin də qələbəsi mənasına gələcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən söyləyib.

Şalva Papuaşvili Ukraynanın qələbəsinin elə Ukraynanın qələbəsi mənasına gəldiyini bildirib:

“Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etməsinə gəlincə, biz ərazi bütövlüyünün sülh yolu ilə bərpa ediləcəyini dürüst və vicdanlı şəkildə bəyan etmişik. Bizim siyasətimiz budur və hökumətin hansısa gizli gündəliyi yoxdur”.

Gürcüstan parlamentinin spikeri, həmçinin bəzi müxalifət nümayəndələrinin bunun əksinə düşündüyünü, bir müddət əvvəl Rusiyada baş verən hadisələr zamanı bunun özünü göstərdiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir