“Yaz sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada hökumətin hesabatı da dinləniləcək”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Spiker qeyd edib ki, sessiya ərzində dövlət büdcəsinin icrası haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq: “O cümlədən bizim iştirakımızla beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulur”.
O bildirib ki, yaz sessiyası dövründə Milli Məclis dövlət büdcəsinin icrası haqqında qanun layihəsini də müzakirə edəcək.