“Pakistan Azərbaycan düyü idxal edən ölkədir. Sizə və hökumətinizə təşəkkür edirəm ki, Pakistan düyüsü Azərbaycan bazarına maneəsiz ixrac olunsun deyə hər cür rüsumları aradan qaldırdınız. İnşallah, Pakistanın “Basmati” düyü brendi də Azərbaycanda təqdim ediləcək”.
Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.
“Eyni zamanda biz turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirik. Mən çox məmuniyyətlə qeyd edə bilərəm ki, AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Təbii ki, Pakistan Beynəlxalq Hava Yolları da əməkdaşlıq edəcək. Bildiyim qədəri ilə Lahora və Kəraçiyə də reyslər açıla bilər. Mən bu məsələləri müzakirə etmək üçün Azərbaycanın nəqliyyat nazirini Pakistana səfərə dəvət edirəm”.
Nazir digər sahələrdə əməkdaşlığın prioritetlərindən bəhs edib: “Sizi əmin edirəm, biz sıx şəkildə işləməyə hazıram ki, bütün məqsədlərimizə nail ola bilək”.
Azinformasiya.az