Sadır Japarov: Vaşinqton razılaşması ilə Cənubi Qafqazda davamlı sülh olacaq

Qəbələ Zirvəsinin mövzusu bu gün ən vacib məsələlərdən biridir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qırğızıstan dövlət başçısı bildirib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir.

“Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların öhdəsindən daha yaxşı gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik olacaq”, – Sadır Japarov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir