Bakıda evdə 43 yaşlı kişinin asılmış meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, Sabunçu rayonu, Xanlar yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Quliyev Taleh Müzəffər oğlunun meyiti yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından asılmış halda aşkarlanıb.
Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az