Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Nəsirov Malik Əjdər oğlunu vurub.
Yaralı təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az