Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə dekabrın 24-də baş verib. 1975-ci il təvəllüdlü Ceyhun Xeyrullazadə yaşadığı Sabunçu qəsəbəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az