Şabranda yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, “Shacman” və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində, 3 nəfər yaralanıb.

48 yaşlı Vəfadar Talıbov, 44 yaşlı Günay Talıbova və 16 yaşlı Nəcəfqulu Talıbov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir