Şabran şəhərində yeniyetmə 4-cü mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin M.Hüseynzadə küçəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü T.Mədətli binanın 4-cü mərtəbəsindən açıq pəncərədən yıxılıb. Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az