Sabirabadda yol qəzası olub, xəsarət alan var

Sabirabadda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Şirvan-Sabirabad magistralında baş verib. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir