Sabirabadda qaz sızmasından partlayış olub, xəsarət alan var

Sabirabadda qaz sızmasından partlayış olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sabirabad rayonunun Məmişlər kəndində baş verib. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir