Sabirabadda maşın aşıb, bir nəfər xəsarət alıb

Sabirabadda minik avtomobili aşıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sabirabad rayonunun Polad Toğayı kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir