Sabirabadda iki avtomobil toqquşub.
Azinformasiya.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndində baş verib. Qəza nəticəsində avtomobildə olan 40-45 yaşlı şəxs xəsarət alıb. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılsa da bir neçə dəqiqədən sonra keçinib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az