Sabirabadda dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurub

Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir