Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1944-cü il təvəllüdlü Hüseynəliyev Yusif Oruc oğlunu yük maşını vurub. Piyada ağır xəsarətlər alıb.
O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az