Sabirabadda 61 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Şıxəliyev Şirin yaşadığı evin həyətində ağacdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az