Sabirabad sakini özünü güllələyib, 87 yaşlı anası xəsarət alıb

Sabirabad sakini özünü güllələyərək öldürüb.

 

Azinformasiya.az  xəbər ki, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu özünü güllələyərkən qəlpələr anası Nizami kənd sakini, 1938-ci il təvəllüdlü Hüseynova Səbiyyə Astan qızına dəyib.

Səbiyyə Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir