Xalq şairi, deputat Sabir Rüstəmxanlı Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsini (AzTV) tənqid edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən millət vəkili layihədə Əməkdar artist Babək Niftəliyevin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının Zəngilanda dağıntılar arasında lentə alınmasını birmənalı qaşılamayıb:
“Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini… Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar.