Sabah toyu olacaq gənc yol qəzasında ölüb

Sabah toyu olacaq gənc yol qəzasında ölüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün Yevlax rayonu ərazisində olub.

1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.

Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah olacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir