Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.

Bu barədə Azinformasiya.Az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir