Sabah Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcək.
Tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.
Azinformasiya.az