Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib

Saatlı sakini əmisinə xəsarət yetirib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində baş verib. Kənd sakini 16 yaşlı A.S. əmisinə – 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir