Səyyad Salahlı şəhid ailəsini ziyarət etdi – FOTOLAR

Milli Məclisin deputatı Səyyad Salahlı 44 günlük Vətən müharibəsinin şəhidi, Saatlı rayonunun Seyidlər kəndindən olan Nicat Abdullayevin Sulutəpə qəsəbəsində yaşayan ailəsini ziyarət edib.

 

Azinformasiya.az  xəbər verir ki, deputat şəhidin atası Mirnəbi müəllimə, anası Sara xanıma başsağlığı, səbr diləklərini çatdıraraq ailənin qayğıları ilə maraqlanıb.
Nicatın keçdiyi şərəfli həyat və döyüş yolu haqqında söhbət açan valideynləri dövlət tərəfindən onlara göstərilən diqqətdən xeyli razı qaldıqlarını bildiriblər. Millət vəkili qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan şəhidlərimizin qəhrəmanlıqları heç zaman unudulmayacaq və əziz xatirələri əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.
Məlumat üçün qeyd ed’k ki, Nicat Abdullayev Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir