Səyyad Salahlı gözdən əlil seçicilərini əməliyyat etdirdi – FOTOLAR

Milli Məclisin deputatı Səyyad Salahlı bir neçə gün əvvəl İmişli rayonunun Çahar kəndində 1-ci qrup gözdən əlil 3 qardaş, seçiciləri Elnur Cavadov, Ramil Cavadov və Röyal Cavadovu yaşadıqları evdə ziyarət edərək səhhətləri və qayğıları ilə maraqlanmışdı.

 

Azinformasiya.az  xəbər verir ki, bu gün Səyyad Salahlının təşəbbüsü, Dünyagöz Xəstəxanasının rəhbərliyinin dəstəyi ilə 1-ci qrup gözdən əlil qardaşların qəbulu və müayinəsi aparılıb.
Dünyagöz Xəstəxanasının peşəkar həkimləri tərəfindən qardaşlardan ikisinin göz əməliyyatı həyata keçirilib. Digərinin əməliyyatı isə bir neçə gün sonra baş tutacaq.
Deputat göstərdikləri yüksək diqqətə görə Dünyagöz Xəstəxanasının direktoru Soner Kayaya və həkim heyətinə təşəkkürünü bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir