Səyyad Aran şəhid övladlarının bayramını təbrik etdi – FOTOLAR

Milli Məclisin deputatı Səyyad Salahlı (Səyyad Aran) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, “qara qartal” ləqəbli xüsusi təyinatlı Abbasov Asim Rasim oğlunun ailəsini ziyarət edərək övladlarının bayramını təbrik edib.

 

Azinformasiya.az  deputat şəhidimizin 4 övladı Rasim, Nilay, Nuray və Ayana xoş günlər, can sağlığı və firəvan həyat arzulayıb. Onların dərsləri, gələcəkdə hansı peşəni seçəcəkləri ilə maraqlanıb. Bildirib ki, onlar hər zaman qəhrəman ataları ilə fəxr edə bilərlər.
Qeyd edək ki, Asim Abbasov İmişli rayonunun Hacırüstəmli kəndində doğulub boya başa çatıb. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində xüsusi şücaət göstərərək düşmənə qan uddurub və şəhidlik zirvəsinə yüksəlib.
Bütün şəhidlərimizin ruhu şad olsun.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir