Milli Məclisin deputatı Səyyad Aran İmişli rayonu, Qaradonlu kənd orta məktəbinin inzibati binasında kəndin ziyalıları ilə görüş keçirib.
Azinformasiya.az xəbər verir ki, görüş zamanı kənddə mövcud olan bəzi problemlər haqqında millət vəkilinə məlumat verilib. Deputat tərəfindən zəruri qeydlər aparılıb və müvafiq dövlət qurumlarına sorğuların göndəriləcəyi diqqətə çatdırılıb.
Eyni zamanda, deputat Səyyad Aran bir neçə gün əvvəl Qaradonlu kənd orta məktəbinin kollektivi ilə görüş zamanı qaldırılan bir məsələnin müsbət həllinə nail olub. Belə ki, müəllimlər məktəbin sanitar qovşağının olmaması barədə deputata müraciət ediblər. Millət vəkilinin təşəbbüsü ilə sanitar qovşağının tikintisi üçün lazım olan tikinti materialları alınıb və işə başlanılıb.
Kənd sakinləri daim onların yanında olduğu üçün deputata öz minnətdarlıqlarını bildiriblər.




Azinformasiya.az