Milli Məclisin deputatı Səyyad Aran İmişli rayonunun Cəfərli kəndində vətəndaş qəbulu keçirib.
Azinformasiya.az xəbər verir ki, qəbul zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciəti dinlənilib. Bəzi müraciətlər yerindəcə müsbət həllini tapıb. Həlli zaman tələb edən problemlərlə bağlı isə zəruri qeydlər aparılıb və müvafiq dövlət qurumlarına sorğu göndəriləcəyi diqqətə çatdırılıb.
Kənd sakinləri mütəmadi olaraq onların qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkürlərini bildiriblər.







Azinformasiya.az