Səudiyyə Ərəbistanı 157 nəfəri Sudandan təxliyə edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi döyüşlərin davam etdiyi Sudandan 91 səudiyyəli və 66 digər ölkə vətəndaşını uğurla təxliyə edildiyini açıqlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter“ səhifəsində məlumat paylaşılıb.

“Sudandan təxliyə edilən Səudiyyə Ərəbistanı vətəndaşları və bir sıra qardaş və dost ölkələrin vətəndaşları, habelə diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları krallığın ərazisinə gəliblər”, – məlumatda deyilir.

Sənədə əsasən, Banqladeş, Bolqarıstan, Burkina Faso, Misir, Hindistan, Kanada, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Tunis və Filippin vətəndaşları Sudandan çıxarılıb.

Əməliyyatda Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri iştirak edib. Əl Ekhbariya telekanalının məlumatına əsasən, döyüş gəmisi təxliyə edilənləri Sudandan Ciddəyə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir