Şərurda yol qəzası olub, 17 yaşlı yeniyetmə ölüb

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, yeniyetmə ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yuxarı Aralıq kəndində qeydə alınıb. “VAZ 2106” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb. “VAZ 2106” markalı avtomobildə olan digər iki yeniyetmə – Şərur rayon Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir