Şərurda TIR aşıb, 2 nəfər xəsarət alıb

Şərur rayonunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Siyaqut kənd yaxınlığında baş verib.

İki avtomobilin toqquşması nəticəsində ağır yüklü TIR aşıb. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir