Şərur rayonunda cərəyan 36 yaşlı kişini vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az