“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin tezliklə başlanması və daha sonra demarkasiyası problemin hərtərəfli həllini tapmağa imkan verəcək”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən ənənəvi brifinq zamanı deyib.
Onun sözlərinə görə, bütün istiqamətlərdə iş davam etdirilir.
Zaxarova bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqları zamanı Qarabağda bütün hərbi əməliyyatlara son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın icrasını müzakirə edib:
“Nazirlər ötən il regionda vəziyyətin sabitləşdiyi, atəşkəs rejiminə ümumi olaraq əməl edildiyi, Bakı və İrəvanda rusiyalı sülhməramlıların rolunun yüksək qiymətləndirildiyi barədə həmfikirdilər”.
M.Zaxarova, həmçinin qeyd edib ki, hər üç ölkənin XİN rəhbərləri, müdafiə nazirləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir: “Həmçinin ATƏT-in Minsk qrupunun xətti ilə də fəal iş aparılır”.