Şəmkirdə yük maşını dərəyə aşıb, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “KAMAZ” markalı yük maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü və onun sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar Gədəbəy rayon sakinləri 1989-cu il təvəllüdlü R. 1986-cı il təvəllüdlü O.Məmmədovdur. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir