Şəmkirdə yol qəzası baş verib, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə, rayonun Yeni Həyat kəndində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq əks yolla hərəkət edən “Nissan” markalı avtomobilə çırpılıb. Qəza zamanı “VAZ 2106”-nın sürücüsü, 31 yaşlı Bayram Qasımov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir