Şəmkirdə yol kənarından kişi meyiti tapılıb

Şəmkirdə meyit tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, meyit Gəncə-Şəmkir yolunun kənarında, Yeni həyat kəndinin yaxınlığında yerləşən restoranın ətrafında aşkarlanıb.

Meyiti tapılan şəxs təxminən 35-40 yaşlarında kişidir. Üzərində heç bir zorakılıq aşkar olunmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Meyit adiyyatı üzrə ekspertizaya təqdim olunub.

Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir