Şəmkirdə təmir sexində avtomobil yanıb

Şəmkirdə yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində baş verib.

Təmir sexinin həyətində dayanan “VAZ” markalı minik avtomobilində anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir