Şəmkirdə qəza baş verib, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində baş verib.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı ölən və xəsarət alan var. Ölən şəxsin Goranboy rayon Todan kənd sakini 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu olduğu bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir