Şəmkirdə minik maşını aşıb, sərnişin ölüb

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1997-ci il təvəllüdlü E.Həsənov hadisə yerində ölüb. Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs polis kapitanı E.Həsənovdur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir