Şəmkirdə kişi dəm qazından boğulub

Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir