Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mitsubishi” və digər minik avtomobilinin toqquşması nəticəsində iki qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir