Şəmkirdə dülgər sexi yanıb

Şəmkirdə yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 1960-cıi il təvəllüdlü Vaqif Musayeva məxsus ümumi sahəsi 70 kv.metr olan dülgər sexində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yanğın zamanı dülgər sexinin yanar konstruksiyaları və içərisində olan alətlər yanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir