Şəmkirdə 13 yaşlı uşaq üzərinə maşın düşməsi nəticəsində ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Məlumata əsasən, 1991-ci il təvəllüdlü Əlixan Qasımov oğlu 2012-ci il təvəllüdlü İ.Q. ilə birgə yaşadığı Abbaslı kəndindəki evin həyətində “VAZ-21011” markalı avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıqdan avtomobil oğlunun üzərinə düşüb və o, ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az