Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Rayon sakini, 1996-cı il təvəllüdlü Hakim Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1968-ci il təvəllüdlü Nataşa Şhevçenkonu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az