Şəmkirdə 6 otaqlı ev yanıb

Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir