Şəmkirdə bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Surxay Cəfərov kənd ərazisində yük avtomobilinin hərəkət etməsinə maneə törədən dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. 31 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az