Şəmkir sakini bıçaqlanıb, əmisi tutulub

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törədməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir