Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata əsasən, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir