Şəkidə yol qəzası olub, xəsarət alan var

Şəkidə minik avtomobili beton maneəyə çırpılıb, qadın sərnişin xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qaraməryəm- İsmayıllı- Şəki avtomobil yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin 27 yaşlı Leyla Məmmədli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir