Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, qəza nəticəsində 1993-cü il təvəllüdlü Şəki rayon sakini Allahyar Qəhrəmanov və Zaqatala rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Ramazanov ölüb.
Zaqatala rayon sakini 1982-ci il təvəllüdlü Qəşəm Mustafazadə və 1992-ci il təvəllüdlü Yaşar Əhmədov xəsarət alıb.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Azinformasiya.az