Şəkidə tanınmış oftalmoloqu avtomobil vurub

Tanınmış oftalmoloqu avtomobil vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir